G7-nin genişləndirilməsinə çağırış edilib
Tarix: 07-09-2023 13:12 | Bölmə: Siyasət
G7-nin genişləndirilməsinə çağırış edilib

Münhen Təhlükəsizlik Konfransının rəhbəri Kristof Heusgen G7 formatının genişləndirilməsi ideyasını irəli sürüb.

Reyting.az
“Spiegel”ə istinadla bildirir ki, beynəlxalq qüvvələrin yenidən qruplaşdırılmasını və getdikcə aqressivləşən Çin hökumətini nəzərə alaraq, Münhen Təhlükəsizlik Konfransının sədri G7 formatının genişləndirilməsinin lehinə çıxış edib.

"Bu assosiasiya onunla xarakterizə olunur ki, söhbət ümumi dəyərləri bölüşən ölkələrdən gedir. Bunlar bazar iqtisadiyyatına malik demokratik ölkələrdir", - Heusgen deyib.

Onun sözlərinə görə, indiki üzvlərin nisbi çəkisi, xüsusən də iqtisadi çəkisi azalır: “Ona görə də mən hesab edirəm ki, genişlənmə məntiqli olardı”.

Qeyd edək ki, G7-yə Almaniya, Fransa, İtaliya, Yaponiya, Kanada, ABŞ və Böyük Britaniya daxildir.

Heusgenin fikrincə, ola bilsin ki, digər qitələrdən demokratik inkişaf etmiş ölkələr, məsələn, Cənubi Koreya və Avstraliya da formata daxil olsun. Münhen Təhlükəsizlik Konfransının rəhbəri düşünür ki, bu, G7 formatının təsirini artıra bilər.

E. KAMAL




Bölməyə aid digər xəbərlər