Professor: "Türk ölkələri arasında hərbi ittifaq qurulmalıdır"
Tarix: 08-09-2023 09:21 | Bölmə: Siyasət
Professor: "Türk ölkələri arasında hərbi ittifaq qurulmalıdır"

"44 günlük savaşdan sonra ABŞ-ın Ermənistanda hərbi baza qurmağı planlaşdırdığını çoxları xatırlayar. Hər zaman bölgəxaric güclərin bölgəyə gəlməsinə çalışan bu kiçik dövləti Qərbin NATO hərbi ittifaqına almağa çalışdığını da bildirmişəm".

Reyting.az
xəbər verir ki, bunu professor Xaləddin İbrahimli qeyd edib.

Onun sözlərinə görə, bu prosesdə Hindistan blefdir, oyun ABŞ tərəfindən başladılıb.

Professor bildirib ki, post-sovet Türk cümhuriyyətləri Rusya və Çinlə siçan- pişik oynuna son verməli, çox ciddi və səmimi şəkildə, israrla, inadla, həm də davamlı olaraq Türk Dövlətləri Təşkilatını işlək hala gətirməlidirlər: "İlk olaraq Türk Dövlətləri Təşkilatı dövlətləri arasında hərbi ittifaq yaradılmalıdır. Başqa yol yoxdur və vəziyyət çox ciddidir".

ELÇİN




Bölməyə aid digər xəbərlər