G-20 sammiti: Ərdoğan taxıl müqaviləsini yeniləmək üçün Rusiyaya güzəştlər təklif edir
Tarix: 09-09-2023 16:06 | Bölmə: Siyasət
G-20 sammiti: Ərdoğan taxıl müqaviləsini yeniləmək üçün Rusiyaya güzəştlər təklif edir

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan G-20 ölkələrinin bəzi liderlərini Rusiya Federasiyasının tələblərini təmin etməyə və taxıl sazişini yeniləməyə çalışmağa çağırıb.

Reyting.az
-ın məlumatına görə, “Bloomberg” danışıqların gedişi ilə tanış olan mənbələrə istinadla yazıb ki, Türkiyə lideri Yeni Dehlidə keçirilən G-20 sammiti zamanı qapalı görüşlərdə belə addımlar atır.

Danışıqlarla tanış olan üç türk rəsminin sözlərinə görə, Ərdoğan dünya liderlərindən Rusiyanın ərzaq və gübrə ixracının Londondakı “Lloyds” şirkəti tərəfindən sığortalanmasını asanlaşdırmağı və beynəlxalq ödənişlər üçün Moskvanı yenidən SWIFT sisteminə qoşmağı xahiş edir.

Gözlənilir ki, Ərdoğanla dialoqdan sonra G20 üzvləri “Rusiya Federasiyası və Ukraynadan dərhal və maneəsiz taxıl, ərzaq və gübrə tədarükünə” çağıracaqlar. Onların sövdələşmənin inkişaf etməkdə olan ölkələrdə, xüsusilə Afrikada tələbatı ödəmək üçün vacib olduğunu deyəcəkləri və taxıl infrastrukturunun “hərbi məhvinə” son qoymağa çağıracaqları gözlənilir.

Hindistan rəsmisinin sözlərinə görə, Ankara sövdələşməni bərpa etmək üçün konsensus tapmağa çalışır.

Xatırladaq ki, ABŞ və müttəfiqləri Rusiyanın sanksiyaların yumşaldılması tələblərinə isti yanaşmır.

Nəşr qeyd edib ki, Türkiyənin səyləri Ukraynanın müttəfiqlərinə təsir etməyəcək, lakin Ərdoğanın Putinin tələblərini qəbul etməsi Kremlin Ukraynaya müdaxiləsindən sonra onun balanslaşdırma aktında üzləşdiyi çətinliklərdən xəbər verir.

Onu da xtırladaq ki, Ukrayna taxılının Qara dəniz limanlarından təhlükəsiz ixracını nəzərdə tutan taxıl müqaviləsi Rusiya tərəfindən dayandırılıb. Sonra Rusiya Federasiyası Ukraynanın cənubundakı taxıl infrastrukturunu bombalamağa başlayıb.

Rusların taxıl təşəbbüsündən çəkilməsindən sonra Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bütün mümkün yollarla fəaliyyətini bərpa etmək cəhdlərini davam etdirərək dünyanı,xüsusilə Afrika qitəsini aclıqdan xilas etməyə çalışır.

Y. QACAR




Bölməyə aid digər xəbərlər