İran XİN: Qarabağ Azərbaycanın bir hissəsidir
Tarix: 11-09-2023 13:04 | Bölmə: Siyasət
İran XİN: Qarabağ Azərbaycanın bir hissəsidir

İran Qarabağı Azərbaycanın bir hissəsi hesab edir.

Reyting.az
xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Nasir Kənani mətbuat konfransında Azərbaycanın Qarabağ bölgəsində qondarma rejimin sentyabrın 9-da keçirdiyi “seçkilər” barədə suala cavabında deyib.


Nasir Kənani

“İranın mövqeyi aydın, sabit və şəffafdır. İranın Qarabağ ərazisi ilə bağlı mövqeyi heç kimdən gizli deyil. Qarabağ Azərbaycan Respublikasının bir hissəsidir və bu bölgənin sakinlərinin hüquqları və təhlükəsizliyi konkret çərçivədə müəyyənləşməli və təmin edilməlidir. Bu bizim aydın mövqeyimizdir.

Biz hər zaman ölkələrin ərazi bütövlüyü, milli suverenliyinə hörmətlə yanaşmağın və hər hansı gərginlik yaradan hərəkətlərdən çəkinməyin vacibliyini vurğulayırıq”, - Kənani qeyd edib.

XİN rəsmisi əlavə edib ki, ölkəsi beynəlxalq səviyyədə tanınmış sərhədlərdə istənilən dəyişikliyə qarşıdır.(APA)




Bölməyə aid digər xəbərlər