Sahibə Qafarova Bolqarıstana rəsmi səfər edib
Tarix: 11-09-2023 15:46 | Bölmə: Siyasət
Sahibə Qafarova Bolqarıstana rəsmi səfər edib

Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti sentyabrın 11-də Bolqarıstan Respublikasının paytaxtı Sofiya şəhərinə rəsmi səfərə gəlib.

Milli Məclisdən Reyting.az-a bildirilib ki, nümayəndə heyətinə Milli Məclisin deputatları - Bolqarıstanla parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Rauf Əliyev, Aqil Məmmədov, Anatoliy Rafailov, parlament Aparatının rəhbəri Fərid Hacıyev və digər rəsmi şəxslər daxildirlər.

Sofiya beynəlxalq hava limanında nümayəndə heyətini Bolqarıstan Respublikası Milli Assambleyası sədrinin müavini Filiz Husmenova, parlamentin Azərbaycanla dostluq qrupunun rəhbəri Hamid Hamid, Azərbaycanın Bolqarıstandakı səfiri Hüseyn Hüseynov, Bolqarıstanın Azərbaycandakı səfiri Ruslan Stoyanov və digər rəsmi şəxslər qarşılayıblar.

Səfər çərçivəsində Milli Məclis sədrinin ölkə rəhbərliyi ilə bir sıra görüşləri nəzərdə tutulub.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}