Ceyhun Bayramov İsveçrəyə işgüzar səfərə gedib
Tarix: 11-09-2023 16:19 | Bölmə: Siyasət
Ceyhun Bayramov İsveçrəyə işgüzar səfərə gedib

Sentyabrın 11-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov İsveçrə Konfederasiyasının Cenevrə şəhərinə işgüzar səfərə yola düşüb.

XİN-dən Reyting.az-a bildiriblər ki, səfər çərçivəsində, nazir Ceyhun Bayramovun BMT-nin İnsan Hüquqları Şurasının 54-cü sessiyası çərçivəsində çıxışı, bir sıra beynəlxalq təşkilatların, o cümlədən BMT-nin Cenevrədəki Ofisinin və digər ixtisaslaşmış qurumların rəhbərləri ilə görüşləri nəzərdə tutulub.

Səfər zamanı həmçinin nazir Ceyhun Bayramovun bir sıra tədbirlər, o cümlədən BMT-nin Cenevrədəki Ofisində “Azərbaycan” otağının açılış mərasimində iştirakı planlaşdırılıb.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}