Peskov: "Ermənistanın timsalında müttəfiqimizi itirməkdən qorxmuruq"
Tarix: 11-09-2023 16:27 | Bölmə: Siyasət
Peskov: "Ermənistanın timsalında müttəfiqimizi itirməkdən qorxmuruq"

"Biz Ermənistanın timsalında müttəfiqimizi itirməkdən qorxmuruq. Ermənistanla çox yaxın müttəfiq və tərəfdaş olmuşuq və əminəm ki, bundan sonra da olacağıq. Bizim müəyyən problemlərimiz ola bilər və onları dialoq yolu ilə həll etmək lazımdır".

Məlumata görə, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

O qeyd edib ki, Ermənistan 1991-ci il sərhədləri daxilində Azərbaycanın ərazi bütövlüyünü tanıdıqdan sonra vəziyyət dəyişib: “Əgər söhbət Ermənistanın ərazisindən gedirsə, bilirsiniz ki, bizim KTMT çərçivəsində öhdəliklərimiz var. Ermənistan 1991-ci il sərhədləri daxilində Azərbaycanın ərazi bütövlüyünü tanıdıqdan sonra orada vəziyyət bir qədər dəyişdi, bunu da nəzərə almaq lazımdır. Bu, İrəvanın qərarı idi”.

D.Peskov Ermənistanın KTMT-dən çıxması ehtimalını belə şərh edib: “Bu mövzuda çox müzakirələr aparılıb. O cümlədən Ermənistanda olan qərbyönlü analitiklər bunu dəfələrlə vurğulayıblar. Amma bu barədə heç bir rəsmi siqnal almamışıq”(Report).




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}