Prezident icra başçısını vəzifədən azad edib - Foto
Bakının dörd qəsəbəsinə metro xətti çəkiləcək
Vensin səfəri Güney Qafqaza nə vəd edir?
Yerə bənzəyən planet kəşf olunub
Vəzifəli şəxslər həbs edilib - (Yenilənib) - Foto
Tramp üçün əlavə bəhanə: ABŞ prezidenti İraqı niyə hədəfə alıb?
Çinin 48 hərbi nəqliyyat təyyarəsi İrana silah daşıyır
Cəbrayıla növbəti köç karvanı gedib - (Yenilənib)
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı istifadəyə icazə verilməyəcək
Mollazadə: İran ətrafında vəziyyət ağır və təhlükəlidir
Rusiya ordusu bir şəhəri ələ keçirib, iki şəhərə doğru irəliləyir
Tarix: 27-04-2016 15:22 | Bölmə: Siyasət

|
BMT-nin Sivilizasiyalar Alyansının Bakıda keçirilən 7-ci Qlobal Forumu ərəfəsində və forumun keçirildiyi dövrdə Ermənistan silahlı qüvvələri tərəfindən qoşunların təmas xətti boyunca Azərbaycan silahlı qüvvələrinin mövqeləri və ərazidə sıx yaşayan mülki insanlar və obyektləri ağır atəş vasitələri, o cümlədən D-30 haubitsaları və beynəlxalq konvensiyalarla qadağan olunmuş silah növləri ilə atəşə tutmaqda davam edib. Ermənistanın bu əməlləri nəticəsində xüsusilə Tərtər rayonunda özəl və dövlət mülkiyyətinə ciddi ziyan dəyib. XİN-nin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib ki, Ermənistan silahlı qüvvələrinin təxribatçı əməlləri nəticəsində cəbhə xəttində baş vermiş gərginlik və insidentlərlə bağlı Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov tərəfindən BMT-nin baş katibi Pan Gi Mun, Təhlükəsizlik Şurasının sədri Liu Jieyi və ATƏT Daimi Şurasının sədri Pol Eberharda müvafiq məktublar ünvanlanıb: "Ermənistanın davam etməkdə olan təxribat əməlləri ilə əlaqədar Azərbaycan Respublikasının BMT və ATƏT yanında nümayəndəlikləri tərəfindən üzv dövlətlərə əlavə məlumatlar verilib". H.Hacıyev deyib: "Xarici işlər naziri Elmar Məmmədyarov tərəfindən ünvanlanmış məktublarda və BMT və ATƏT yanında Nümayəndəliklərimiz tərəfindən yayılmış məlumatlarda Ermənistan tərəfinin 5 aprel tarixində Moskvada Azərbaycan və Ermənistan Silahlı Qüvvələrinin baş qərərgah rəisləri arasında əldə olunmuş atəşkəsin pozmasına diqqət çəkilib, Ermənistanın qoşunların təmas xəttinə əlavə hərbi qüvvə və silahlar cəlb edərək, cəbhə xəttinə yaxın ərazilərdə yaşayan azərbaycanlı mülki əhalini ağır artilleriya və iri çaplı silahlardan atəşə tutduğu qeyd edilib". XİN rəsmisi əlavə edib ki, məktubda nazir Elmar Məmmədyarov Ermənistan silahlı qüvvələrinin təxribatçı əməllərinin ATƏT-in Minsk Qrupunun münaqişənin həlli istiqamətində göstərdiyi diplomatik səylərə zərbə vurduğunu xüsusilə qeyd edərək, beynəlxalq ictimaiyyəti Ermənistanı beynəlxalq hüququnun norma və prinsiplərini, həmçinin 5 aprel tarixində əldə edilmiş atəşkəsi pozduğu üçün kəskin qınamağa, sözügedən atəşkəs ilə bağlı üzərinə götürdüyü öhdəliklərə tam əməl etməyi və öz silahlı qüvvələrini Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarmağı tələb etməyə çağırıb. (modern.az) |
Bölməyə aid digər xəbərlər
















Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək
Mikayıl Mikayılov deyir ki, festivalda nümayiş olunan tamaşa Azərbaycanla Meksika arasında teatr əlaqələrinin başlanğıcı sayıla bilər