Prezident icra başçısını vəzifədən azad edib - Foto
Bakının dörd qəsəbəsinə metro xətti çəkiləcək
Vensin səfəri Güney Qafqaza nə vəd edir?
Yerə bənzəyən planet kəşf olunub
Vəzifəli şəxslər həbs edilib - (Yenilənib) - Foto
Tramp üçün əlavə bəhanə: ABŞ prezidenti İraqı niyə hədəfə alıb?
Çinin 48 hərbi nəqliyyat təyyarəsi İrana silah daşıyır
Cəbrayıla növbəti köç karvanı gedib - (Yenilənib)
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı istifadəyə icazə verilməyəcək
Mollazadə: İran ətrafında vəziyyət ağır və təhlükəlidir
Rusiya ordusu bir şəhəri ələ keçirib, iki şəhərə doğru irəliləyir
Tarix: 29-04-2016 16:25 | Bölmə: Siyasət

"Rusiyanın Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı aktivliyi aysberq kimidir”.
Bu sözləri Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov maltalı həmkarı Corc Vella ilə görüşdən sonra keçirilən mətbuat konfransında deyib.
Nazir bildirib ki, hər kəs aysberqin üst tərəfini görür: "Amma bunun aşağı tərəfi də var. Məsələni açıqlamaq tezdir. Bəzi maraqlı fikirlər söyləyiblər. Yenə də hamısı yenilənmiş Madrid prinsipləri əsasındadır. Rusiyanın təkliflər irəli sürməsi bizim üçün də maraqlıdır. Rusiya bizə mərhələli şəkildə həll təklif edib. Amma ilk növbədə ermənilər işğal olunmuş Azərbaycan torpaqlarından çəkilməlidir”.
Nazir Rusiyanın ATƏT-dəki nümayəndəliyinin Azərbaycanın ATƏT-dəki nümayəndəliyinə aprelin 12-də nota verməsi məsələsinə də aydınlıqgətirib:"1994-1995-ci illərdə atəşkəslə bağlı anlaşmalar var idi. Atəşkəs apreldə pozulanda Azərbaycan bəyan etdi ki, Ermənistanın hərəkəti bu anlaşmaları sual altında qoyur. Rusiya tərəfi və həmsədrlər də bizə bildirdilər ki, 1994-1995 atəşkəs anlaşmalarını tam dəstəkləyirlər. Bildiyiniz kimi, atəşkəsin yeni mərhələsi Moskvada razılaşdırılıb. Biz də düşünürük ki atəşkəsin gücləndirilməsi mühüm məsələdir. Müharibə yolu ilə məsələni həll etmək olmaz. Biz həmişə deyirik ki, sülh danışıqlarının tərəfdarıyıq. Amma nəticə olmalıdır. Bu, o demək deyil ki, daha 25 il danışıqlar aparmalıyıq. Biz deyirik ki, hansı yolla olur olsun, amma irəli gedək”.
APA
Bölməyə aid digər xəbərlər
















Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək
Mikayıl Mikayılov deyir ki, festivalda nümayiş olunan tamaşa Azərbaycanla Meksika arasında teatr əlaqələrinin başlanğıcı sayıla bilər