Həmsədrlər gələn həftə regiona səfər edəcək
Tarix: 24-10-2018 11:32 | Bölmə: Siyasət
Həmsədrlər gələn həftə regiona səfər edəcək

ATƏT-in Minsk qrupunun həmsədrləri Stefan Viskonti (Fransa), İqor Popov (Rusiya) və Endrü Şofer (ABŞ) gələn həftə Ermənistana gələcək.

Reyting.az Ermənistan mediasına istinadən bildirir ki, ölkənin Xarici İşlər Nazirliyinin mətbuat katibi Anna Naqdalyan bu haqda oktyabrın 24-də keçirilən brifinqdə məlumat verib.

Bundan əvvəl bildirildiyi kimi, həmsədrlərin səfərinin məqsədi iki ölkənin Xarici İşlər Nazirliyi rəhbərləri səviyyəsində bu ilin dekabr ayında görüşə hazırlıqdır.

Həmsədrlərin Yerevandan Bakıya gəlmək niyyətləri də var.

Reyting.az




Bölməyə aid digər xəbərlər