Paşinyan: Qarabağ münaqişəsinin həlli çox uzaqdadır
Tarix: 24-10-2018 13:09 | Bölmə: Siyasət
Paşinyan: Qarabağ münaqişəsinin həlli çox uzaqdadır

Qarabağ münaqişəsi “Qarabağ hökuməti” danışıqlar prosesinə cəlb edilməyincə, həll olunmaqdan uzaqdır.

Reyting.az bunu Ermənistanın baş naziri Nikol Paşinyan oktyabrın 24-də parlamentin iclasında deputat Şirak Torosyanın sualına cavabında söyləyib.

Onun sözlərinə görə, hələlik “Qarabağ xalqı və hökuməti" danışıqlar prosesinə cəlb olunmayınca, bu, faktii olaraq o demək olacaq ki, tərəflər münaqişənin həllinə yaxın gəlməyiblər.

“Mən Ermənistan xalqının maraqlarını təmsil etmək səlahiyyətinə malikəm, Qarabağın deyil, o səbəbdən ki, prosesdə iştirak etmir”, - Paşinyan deyib.

Paşinyan: Qarabağ münaqişəsinin həlli çox uzaqdadır

O bəyan edib ki, Ermənistan hakimiyyəti nümayəndələri arasında Qarabağ məsələsini gizli şəkildə həll etməyə gizli hazırlaşanların olması haqda mənasız şayiələr yayılır.

Paşinyanın fikrincə, Ermənistanda Qarabağ məsələsini gizli, xalqın fikri nəzərə alınmadan həll etmək niyyətində olan hakimiyyət ola bilməz.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}