Qubad İbadoğlu Milli Məclislə bağlı təklif verdi
Tarix: 25-10-2018 20:43 | Bölmə: Siyasət
Qubad İbadoğlu Milli Məclislə bağlı təklif verdi

Mətbuatda məlumat yayılıb ki, gələn ilin büdcəsində Milli Məclisin xərcləri 3 milyon manat artırılıb.

Reyting.az bildirir ki, bunu Demokratiya və Rifah Hərəkatının rəhbəri, tanınmış iqtisadçı Qubad İbadoğlu özünün Facebbok səhifəsində yazıb və Milli Məclislə bağlı təklif verib.

Qubad İbadoğlu Milli Məclislə bağlı təklif verdi

“Təklif edərdim ki, Milli Məclis publik hüquqi şəxs elan olunsun və özünü maliyyələşdirməyə keçirilsin. Onsuz da Milli Məclisə üzv olanların çoxu peşəkarlıqdan çox, sahibkarlıq fəaliyyəti ilə məşğuldur. Qazandıqlarında gözüm yoxdur. Odur ki, biznes dövriyyəsindən Bakıda yaşayanlar 4 faiz, rayonda yaşayanlar isə 2 faiz vergi ödəsələr, Milli Məclisi dövlət maliyyəsindən azad etmək və müstəqilləşdirmək olar. Siz necə fikirləşirsiniz?”

Reyting.az




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər