Partiya sədrləri görüşdü – ictimai-siyasi təşkilatlara müraciət edildi
Tarix: 02-05-2016 17:01 | Bölmə: Siyasət


Bu gün MMP-nin mərkəzi qərargahında Milli Hərəkat Partiyasının sədri Samir Cəfərov və MMP sədri Hafiz Hacıyev arasında görüş keçirilib.

Görüşdə ölkədə yaranmış iqtisadi-siyasi durumla və Dağlıq Qarabağ ətrafında yaranmış vəziyyətlə bağlı geniş müzakirə aparılıb. Qərara alınıb ki, bu cür görüşlər bundan sonra da davam etdirilsin. Hər iki partiya sədri dövlətçiliyin qorunması və Azərbaycanın müstəqilliyi naminə birgə addımlar atılmasi barədə razılığa gəliblər.

Bundan əlavə, partiyalar ölkədə fəaliyyət göstərən bütün ictimai-siyasi təşkilatları, partiyaları dövlətçilik və milli maraqlar naminə birləşməyə çağırıblar.





Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}