Ermənistan parlamentindəki terrordan 19 il keçir
Tarix: 27-10-2018 13:25 | Bölmə: Siyasət
Ermənistan parlamentindəki terrordan 19 il keçir

19 il əvvəl oktyabrın 27-də Naira Unanyanın rəhbərlik etdiyi terror qrupu Ermənistan parlamentinin binasına daxil olaraq hökumət və parlament üzvlərinə atəş açıblar.

[Reyting.az xəbər verir ki, hücum zamanı o vaxtkı baş nazir Vazgen Sərkisyan, parlamentin spikeri Karen Dəmirçiyan, parlamentin vitse-spikerləri Yuri Baxşyan və Ruben Miroyan, operativ məsələlər üzrə nazir Leonard Petrosyan, deputatlar Armenak Armenakyan, Qenrik Abraamyan və Mikael Kotanyan öldürülüblər.

Ermənistan parlamentindəki terrordan 19 il keçir

Bu iş üzrə məhkəmə prosesi 2001-ci ildən 2003-cü ildək davam edib. 6 terrorçu – Naira Unanyan, Karen Unanyan, Vrama Qalstyan, Derenika Bedjanyan, Eduard Qriqoryan və Aşot Knyazyan ömürlük azadlıqdan məhrum olunublar. Hamlet Stepanyan 14 il azadlıqdan məhrum olunub.

Ömürlük azadlıqdan məhum olunanlardan Naira və Karen Unanyanlar, Derenik Bedjanyan, Aşot Knyazyan hələ də sağdırlar.

Rəsmi versiyaya görə, Vram Qalstyan (Unanyanların dayısı) 2004-cü ildə “Nubaraşen” həbsxanasında intihar edib, Hamlet Stepanyan 2010-cu ildə ürək tutmasından ölüb.

İş üzrə ittiham olunan Norayr Yeqizaryan məhkəmə hökmü elan olunana qədər “Nubaraşen” həbsxanassında eleltrik vurması nəticəsində ölüb. Eduard Qriqoryan 2017-ci ilin noyabr ayında “Erebuni” tibb mıərkəzində ölüb.

Reyting.az




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər