YAP-çı deputatdan etiraz: “Deputatlara hörmət edilmir”
Tarix: 30-10-2018 18:14 | Bölmə: Siyasət
YAP-çı deputatdan etiraz: “Deputatlara hörmət edilmir”

Deputat Musa Quliyev “Milli Məclisin Daxili Nizamnaməsi haqqında” və “Deputatın etik davranış qaydaları haqqında” qanunlara edilən dəyişikliklərə sərt reaksiya verib.

Reyting.az-ın xəbərinə görə, o, dəyişiklikləri deputatlara hörmətsizlik kimi dəyərləndirib.

“Sanki biz seçkili orqanın üzvləri yox, təyinatlı orqanın üzvləriyik. Milli Məclis və deputatlarla bağlı qanunlara təklif olunan dəyişikliklər məhz bu anlamı verir. Bununla deputatlara hörmət edilmir. Biz gəldi-gedərik, parlament qalandır.

Bizi xalq seçir. Amma mandatımız alınarkən xalqdan soruşan yoxdur ki, sənin nümayəndəni mandatdan məhrum edirlər?! Bu, mütləq beynəlxalq ekspertizadan keçirməlidir.

Qeyd edilir ki, deputat istefa verməsi haqqında iclasda fikir desə və o stenoqrama düşsə, sonra fikrini dəyişə bilməz. İndi nə olar kimsə əsəbiləşə bilər, ağzından nəsə çıxar, sabah özünə gələndə fikrini dəyişə bilər. Amma bu, qəbul edilmir. Düzgün deyil”, - Musa Quliyev vurğulayıb.

Reyting.az




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər