Prezident icra başçısını vəzifədən azad edib - Foto
Bakının dörd qəsəbəsinə metro xətti çəkiləcək
Vensin səfəri Güney Qafqaza nə vəd edir?
Yerə bənzəyən planet kəşf olunub
Vəzifəli şəxslər həbs edilib - (Yenilənib) - Foto
Tramp üçün əlavə bəhanə: ABŞ prezidenti İraqı niyə hədəfə alıb?
Çinin 48 hərbi nəqliyyat təyyarəsi İrana silah daşıyır
Cəbrayıla növbəti köç karvanı gedib - (Yenilənib)
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı istifadəyə icazə verilməyəcək
Mollazadə: İran ətrafında vəziyyət ağır və təhlükəlidir
Rusiya ordusu bir şəhəri ələ keçirib, iki şəhərə doğru irəliləyir
Tarix: 03-05-2016 11:39 | Bölmə: Siyasət

"Prezidentin bu səfəri avtomatik olaraq bölgəni müşahidə altında saxlayanlara və xalqımıza yeni impulslar verir ki, döyüş qabaqdadır".
Bu sözləri prezident İlham Əliyevin cəbhəyanı rayonlara səfərini şərh edən millət vəkili Zahid Oruc deyib.
Deputat bildirib ki, Ali Baş Komandan birbaşa döyüş bölgələrini ziyarət etməklə sadəcə düşmənə bir görüntü nümayiş etdirmir, eyni zamanda, əsgərinin yanında olduğunu, zabiti ilə çiyin-çiyinə dayandığını, ordusunun bütün əməliyyatlarına rəhbərlik etdiyini göstərir:
"Bu, hazırkı dövrdə çox əhəmiyyətlidir. Nəzərə almaq lazımdır ki, I Qarabağ savaşını həm də bu səbəblərdən itirmişik. Təəssüf olsun ki, o dövrün rəhbərləri ordunun ön cəbhəsində birbaşa əməliyyatlara qatılmaq, peşəkarcasına real taktiki planları cızmaq, hər bir kiçik mövqe ilə bağlı vəziyyəti təhlil etmək imkanında olmamışdılar. Ölkə rəhbərinin Tərtərin ön cəbhəsinə, erməni zərbələrindən dağılmış evlərə baş çəkməsi Azərbaycan xalqı üçün nə qədər dözüm sərgiləyirsə, o biri yandan erməni kəşfiyyat orqanları son günlər generallarının qurban verilməsi ilə nə qədər zəiflədilirsə, demək, bütün bu informasiyalar müxtəlif dairələrin əlindədir.
Bu səfər "birinci şəxs vətəndaşlara yönələn zərbəni üzərinə götürür” mesajını cəmiyyətə verdi”.
Z.Oruc hesab edir ki, ölkə başçısının səfəri, hər bir addımı qarşı tərəfi bundan sonra daim qorxu içində saxlamağa bəs edir:
"Əlbəttə ki, savaş itkilər deməkdir. Düzdür, bölgədə humanitar, iqtisadi ziyanlar qaçılmazdır. Tam əminliklə deyə bilərik ki, ölkə rəhbəri əməliyyat şəraitinə generalları və əsgərləri ilə birlikdə nəzarət edir, məhz real vəziyyətə təsir göstərmək üçün yeni qərarlar verir. Verilən qərarların hamısı dəyən zərərin dövlət hesabına bərpasını doğurur ki, bu da ermənilərin əhalinin köçkünlüyünü təşkil etmək və ordu birləşmələrini dayaqsız qoymaq kimi növbəti planlarını alt-üst edir. Prezidentin səfəri Ali Baş Komandanın döyüşməsi deməkdir”(Axar.az).
Bölməyə aid digər xəbərlər
















Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək
Mikayıl Mikayılov deyir ki, festivalda nümayiş olunan tamaşa Azərbaycanla Meksika arasında teatr əlaqələrinin başlanğıcı sayıla bilər