Serj Sərkisyan kəndə köçdü
Tarix: 31-10-2018 14:27 | Bölmə: Siyasət
Serj Sərkisyan kəndə köçdü

Ermənistanın keçmiş prezidenti və baş naziri Serj Sərkisyan hökumət evini tərk edərək Dzoraxbor kəndinə köçüb.

Reyting.az Ermənistan mediasına istinadən bildirir ki, bu barədə üçüncü prezidentin idarəsinin rəhbəri Nairi Petrosyan məlumat verib.

O, əlavə edib ki, Serj Sərkisyan Dzoraxbor kəndinə gedib.

Serj Sərkisyan Hökumət evinə 2008-ci ildə vəzifəsinin icrasına başlayandan sonra yerləşmişdi.

Xatırladaq ki, Nikol Paşinyan baş nazir kimi hökuməti formalaşdırdığı ilk günlərdə hökumətin aparat rəhbəri Eduard Aqacanyana üçüncü prezidentin mənzillə təminatı ilə bağlı göstəriş vermişdi.

Eduard Aqacanyan bir müddət əvvəl deyib ki, Serj Sərkisyana bir neçə variant təklif olunsa da, onun ofisi bütün versiyaları rədd edib.

Üçüncü prezidentin ofisindən bunun səbəbi kimi təhlükəsizlik məsələsi göstərilmişdi.

Sonuncu dəfə Sərkisyana Avanada şəxsi ev təklif olunub.

Reyting.az




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər