Paşinyan yenə baş nazir seçilmədi, parlament buraxılır
Tarix: 01-11-2018 15:37 | Bölmə: Siyasət
Paşinyan yenə baş nazir seçilmədi, parlament buraxılır

Nikol Paşinyan Ermənistanın parlamentinin noyabrın 1-də keçirilən xüsusi iclasında ikinci dəfə baş nazir seçilməyib.

Reyting.az Ermənistan mediasına istinadən bildirir ki, onun namizədliyinin lehinə və əleyhinə heç kim səs verməyib, 13 depuata bitərəf qalıb.

Onun seçilməsi üçün 53 səs vacib idi.

Paşinyan özü oktyabrın 16-da başlıca məqsədin dekabr ayında növbədənkənar parlament seçkilərinin keçirilməsinə sün surətdə mane törətmək olduğunu birbaşa səsləndirərək istefa verib.

Konstitusiyaya əsasən, parlament iki dəfə hökumət başçısını seçmədiyinə görə buraxılacaq.

Yaxın zamanda növbədənkənar seçkilərin vaxtı məlum olacaq.

Reyting.az




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər