Milli Məclisdə mübahisə düşdü
Tarix: 02-11-2018 13:22 | Bölmə: Siyasət
Milli Məclisdə mübahisə düşdü

Milli Məclisin noyabrın 2-də keçirilən iclasında məhkəmələrə yeni hakimlərin namizədliklərinin təsdiqlənməsi ilə bağlı məsələnin müzakirəsi zamanı gərginlik yaşanıb.

Reyting.az bildirir ki, müzakirələr zamanı deputat Zahid Oruc ölkədə alternativ cəzaların sayının artmamasının narahatlıq doğurduğunu vurğulayıb.

Onun sözlərinə görə, son zamanlar məhkəmələrdə bəraətlə bağlı hansısa qərara, hökmə rast gəlinməyib: “Alternativ cəzaların verilməsi nəzərdə tutulur. Ən azı 10-a yaxın alternativ cəza növü var. Amma bunlara rast gəlmək olmur”.

Milli Məclisdə mübahisə düşdü

Zahid Orucun söylədiklərinə bəzi deputalar etiraz ediblər.

Deputat Yevda Abramov “Çox danışırsan” replikasını atıb.

Zahid Oruc da həmkarına cavabında deyib: “Yevda müəllim, sizə böyük hörmətim var, amma bu fikirləri deməyə hüququm var. İmkan verin, sözümüzü deyək. İclasa gəlmək istəmirsinizsə, gəlməyin”

Spiker Oqtay Əsədov isə Zahid Oruca çıxışını davam etdirməyi tövsiyə edib: “Camaata dərs keçmə. Sözü bir kəlmə dedin bitdi, uzatmaq lazım deyil”.

Reyting.az




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər