Prezident icra başçısını vəzifədən azad edib - Foto
Bakının dörd qəsəbəsinə metro xətti çəkiləcək
Vensin səfəri Güney Qafqaza nə vəd edir?
Yerə bənzəyən planet kəşf olunub
Vəzifəli şəxslər həbs edilib - (Yenilənib) - Foto
Tramp üçün əlavə bəhanə: ABŞ prezidenti İraqı niyə hədəfə alıb?
Çinin 48 hərbi nəqliyyat təyyarəsi İrana silah daşıyır
Cəbrayıla növbəti köç karvanı gedib - (Yenilənib)
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı istifadəyə icazə verilməyəcək
Mollazadə: İran ətrafında vəziyyət ağır və təhlükəlidir
Rusiya ordusu bir şəhəri ələ keçirib, iki şəhərə doğru irəliləyir
Tarix: 05-05-2016 12:41 | Bölmə: Siyasət

"Ermənistan hökumətinin Azərbaycanın ayrılmaz hissəsi olan Dağlıq Qarabağın müstəqilliyini tanıması rəsmi İrəvanın danışıqlar prosesindən imtinası kimi başa düşülməlidir.Bu, sülh danışıqlarına çox ciddi zərbə olacaq. Hesab edirəm ki, Ermənistan rəhbərliyi öz məsuliyyətini dərk edərək avantürüst addım atmaqdan çəkinəcək".
Reyting.az xəbər verir ki, bu sözləri QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü, Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinin sədri Rufiz Qonaqov iki erməni deputatın Ermənistan hökumətinin Dağlıq Qarabağın müstəqilliyini tanıması təklifinə münasibət bildirərkən deyib.
Rufiz Qonaqov hesab edir ki, Ermənistan prezidentinin mətbuat katibinin açıqlaması bu ölkənin beynəlxalq hüquq sisteminə münasibətinin bariz nümunəsidir:
"Bütün dünya dövlətləri, beynəlxalq təşkilatlar Dağlıq Qarabağın Azərbaycan ərazisi olduğunu təsdiqləyib. Hətta Ermənistanın arxalandığı güclər də Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Belə olan halda Ermənistanın təxribata əl atması onun özünə böyük zərbə olacaq. Onsuz da zəif olan imicini tamamilə ləkələyəcək. Qondarma rejimin tanınmasına dair qanun layihəsinin müzakirəsi əslində Ermənistanın "demokratik proses" adı altında tamaşa qurmasından başqa bir şey deyil və düşünürəm ki, layihə müzakirəyə çıxarılmadan mövcudluğunu itirəcək".
R.Qonaqov bildirib ki, Ermənistan tərəfi bir daha sübut edir ki, onlar üçün beynəlxalq hüquq, BMT-nin Təhlükəsizlik Şurasının qətnamələri, eləcə də danışıqlar prosesi heç bir əhəmiyyət kəsb etmir:
"Ermənistan aprel ayının əvvəlində cəbhə xəttində təxribata əl atdı və sərt şəkildə Azərbaycanın cavabını aldı. Onlar bir neçə yüksəkliyi itirməli oldular. Onlar məğlubiyyətlərini ört-basdır, erməni ictimaiyyətinin qəzəbini hədəfdən yayındırmaq üçün qondarma rejimin tanınması məsələsini gündəmə gətiriblər. Düşünürəm ki, ATƏT-in Minsk qrupunun üzvləri Ermənistanın bu cür destruktiv hərəkətini qınamalı və onları təxribatdan çəkindirməlidir.
Ermənistan təxribat xarakterli addımları ilə danışıqlar prosesini uzatmaq, status-kvonu saxlamaq istəyir. Bu da öz növbəsində Azərbaycana seçim imkanı qoymur. Görünür, ermənilər daha ağır zərbələr almaq, daha ciddi itkilər vermək istəyirlər".
Bölməyə aid digər xəbərlər
















Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək
Mikayıl Mikayılov deyir ki, festivalda nümayiş olunan tamaşa Azərbaycanla Meksika arasında teatr əlaqələrinin başlanğıcı sayıla bilər