Fəzail Ağamalı məmurların xaricdəki malikanələrindən danışdı
Tarix: 07-11-2018 11:40 | Bölmə: Siyasət
Fəzail Ağamalı məmurların xaricdəki malikanələrindən danışdı

Mətbuatda oxudum ki, Bakı şəhər İcra Hakimiyyətinin tabeliyində olan “Lifttəmir” İstehsalat Birliyinin işdən çıxarılan direktoru Qüdrət Şükürov sahibi olduğu hamamı 10 milyon manata satışa çıxarıb. Olmazmı ki, hamam hərraca qoyulsun, satışdan əldə olunan vəsait dövlət büdcəsinə yönləndirilsin?

Reyting.az bildirir ki, Ana Vətən Partiyasının sədri, deputat Fəzail Ağamalı bunu Milli Məclisdə gələn ilin dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı deyib.

Onun sözlərinə görə, məmurlar işdən çıxarıldıqdan sonra onların xaricdəki malikanələri, bahalı avtomobilləri ilə bağlı məlumatlar yayılır: “Buna nəzarət etmək olmazmı? Hesablama Palatasından xahiş edirəm ki, bununla bağlı ciddi sərt tədbirlər həyata keçirsin, maliyyə axınlarının qarşısı alınsın”.

Reyting.az




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər