Ukrayna səfirliyi Bakıdakı yanğınla bağlı başsağlığı verib
Tarix: 16-01-2024 14:16 | Bölmə: Siyasət
Ukrayna səfirliyi Bakıdakı yanğınla bağlı başsağlığı verib

Ukraynanın Azərbaycandakı səfirliyi Bakıda mebel sexində baş vermiş yanğın nəticəsində insanların həyatını itirməsi ilə bağlı başsağlığı verib.

Bu barədə səfirlik feysbuk səhifəsində paylaşım edib.

“Bakıda mebel sexində baş vermiş faciəli hadisə bizi çox kədərləndirdi. Həlak olanların yaxınlarına və doğmalarına başsağlığı verir, bütün yaralananların tezliklə sağalmasını diləyirik”, - paylaşımda qeyd edilib.

Xatırladaq ki, Bakıda mebel sexində baş vermiş partlayış və yanğın nəticəsində 7 nəfər ölüb, 24 nəfər yaralanıb.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}