Belarus hərbi təhdid mənbələrinin siyahısını hazırlayacaq
Tarix: 16-01-2024 15:38 | Bölmə: Siyasət
Belarus hərbi təhdid mənbələrinin siyahısını hazırlayacaq

Belarusun yeni hərbi doktrinasında respublikaya qarşı hərbi təhdid mənbələrinin siyahısı göstəriləcək.

Reyting.az
BELTA-ya istinadla xəbər verir ki, bunu Belarusun müdafiə naziri Viktor Xrenin bildirib.

"Biz təhdidlərin mənbələrini və hansı ölkələrdən gəldiyini açıq şəkildə adlandırırıq",- deyən V. Xreninin sözlərinə görə, Belarus hərbi sənədlərində düşmənləri birbaşa qeyd edən, konkret ölkələri sadalayan NATO ölkələrindən fərqli olaraq, ehtimal olunan təhlükə mənbələrini göstərir.

Bundan əlavə, onlar ölkənin müttəfiqlik öhdəliklərini Belarusun hərbi doktrinasına daxil etmək qərarına gəliblər. Xrenin qeyd edib ki, bu fəslin yaradılması zamanı dövlət çevrilişinə cəhd edilən Qazaxıstan təcrübəsi nəzərə alınıb.

Sənəddə həmçinin Minskin taktiki nüvə silahından istifadə, eləcə də hərbi münaqişələrin dövlətlərarası və koalisiyaya bölünməsi ilə bağlı mövqeyi yer alır.

Bundan əvvəl məlum olub ki, Belarus prezidenti hərbi doktrina və Milli Təhlükəsizlik Konsepsiyası layihəsi ilə bağlı iclas keçirəcək. Hər iki sənəd ÜmumBelarus Xalq Məclisinin təsdiqinə təqdim olunacaq.

Y. QACAR




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}