Prezident seçkiləri Aİ-nin nümayəndələri ilə müzakirə edilib
Tarix: 17-01-2024 00:23 | Bölmə: Siyasət
Prezident seçkiləri Aİ-nin nümayəndələri ilə müzakirə edilib

16 yanvar 2024-cü ildə Avropa İttifaqının (Aİ) Azərbaycan Respublikasındakı Nümayəndəliyinin ofisində qurumun rəsmiləri ilə Seçki Müşahidə və Təhlil Qrupu arasında görüş keçirilib. Görüşdə səfir cənab Peter Mixalko, xanım Annalisa Giansanti və nümayəndəliyin digər əməkdaşları iştirak ediblər.

Reyting.az
-a verilən məlumata görə, qrupda yer almış təşkilat sədrlərinin: Rafiq İsmayılov, Mirvari Qəhrəmanlı və Osman Gündüzün də iştirak etdiyi görüşdə, Azərbaycan Respublikası Prezidentinin növbədənkənar seçkiləri ilə bağlı geniş fikir mübadiləsi aparılıb. Seçki öncəsi ictimai-siyasi vəziyyət, seçki hazırlıqları, qarşıya çıxan problemlərin həlli yollarına diqqət çəkilib, eləcə də Seçki Müşahidə və Təhlil Qrupu tərəfindən həyata keçirilən və nəzərdə tutulan işlər haqda məlumat verilib.

Müzakirə zamanı seçki prosesinin müsbət tərəfləri ilə yanaşı, ölkədə müstəqil medianın fəaliyyətinin hüquqi çərçivə ilə məhdudlaşdırılması, media nümayəndələrinin həbsləri, söz, ifadə azadlığına məhdudiyyətlərin qoyulması halları, müxalif siyasi partiyaların seçkiyə qatılmaması, seçici aktivliyinin aşağı olması, seçki prosesində iştirak üçün əvvəlcədən elan olunmuş 17 namizədin hamısının seçkidə iştirak edə bilməməsi, bunun səbəbləri və s. məsələlər geniş müzakirə edilib.

Sonda Koalisiya üzvləri Aİ nümayəndəliyinin çoxsaylı suallarına cavab verib.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}