14:06 / 03-05-2024
Kəlbəcərdə qəza olub
Zelenski: “Putin və övladları nə bu dünyada, nə də o biri dünyada dinclik tapmayacaq”
Tarix: 17-01-2024 08:11 | Bölmə: Siyasət
Zelenski: “Putin və övladları nə bu dünyada, nə də o biri dünyada dinclik tapmayacaq”

Ukrayna prezidenti Vladimir Zelenski əmindir ki, Rusiya Federasiyasının prezidenti Vladimir Putin, onun uşaqları və nəvələri nə bu dünyada, nə də o biri dünyada dinclik tapmayacaqlar.

Reyting.az
xəbər verir ki, Zelenski bunu Dünya İqtisadi Formunun iştirakçıları qarşısında çıxışı zamanı bildirib.

“Birincisi, Ukrayna xalqı Putini, onun ətrafını və bütün bu terrora sponsorluq edənləri, xalqımızın, uşaqlarımızın həyatını, vaxtını, sağ qalan uşaqların vaxtını kimlərisə bağışlamayacaq. Onlar müharibə ilə böyümək məcburiyyətində qaldılar və sadəcə olaraq onları uşaqlıqdan məhrum etdilər”, - Zelenski qeyd edib.

Onun sözlərinə görə, Ukrayna xalqına qarşı terrorda əli olan hər kəs qanun çərçivəsində cavab verəcək: “Putin, onun övlad və nəvələri nə bu dünyada da, nə də o biri dünyada dinclik tapmayacaqlar. Bəli, baş verən cinayətlərə görə mühakimələr, məhkəmələr də olacaq və məsuliyyət daşıyanlar mütləq tapılacaq”, - deyə Zelenski əlavə edib.

Ukrayna prezidenti qeyd edib ki, bu məsuliyyət mövcud olmalıdır, əks təqdirdə bu terrordan sonra başqa təkrarlar, təcavüzlər olacaq: “Ona görə də heç kim qatillərin heç birini bağışlamayacaq”.

Eyni zamanda o bildirib ki, ukraynalıların mənəviyyatını saxlayan qisas deyil: “Siz qisasla ədaləti müqayisə edə bilməzsiniz. Mən indi ədalətdən danışıram, qisasdan yox”.

E. KAMAL




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}