14:06 / 03-05-2024
Kəlbəcərdə qəza olub
Tofiq Yaqublunun şikayəti təmin olunmayıb
Tarix: 17-01-2024 18:12 | Bölmə: Siyasət
Tofiq Yaqublunun şikayəti təmin olunmayıb

Milli Şuranın üzvü Tofiq Yaqublunun apellyasiya şikayəti təmin olunmayıb.

Reyting.az
xəbər verir ki, bu barədə “Report”a onun vəkili Aqil Layıc məlumat verib.

Bakı Apellyasiya Məhkəməsinə T.Yaqublunun ev dustaqlığına buraxılması ilə bağlı müraciət olunub. Bu gün keçirilən məhkəmə iclasında apellyasiya şikayəti təmin olunmayıb. Onunla bağlı verilən 4 aylıq həbs qərarı dəyişdirilmədən saxlanılıb.

Qeyd edək ki, o, ötən il dekabr ayının 14-ü saxlanılıb. Tofiq Yaqublu Azərbaycan Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq etmə), 320.1 (rəsmi sənədləri saxtalaşdırma) və 320.2-ci (bilərəkdən saxta sənədlərdən istifadə etmə) maddələri ilə ittiham olunur və Nərimanov Rayon Məhkəməsinin qərarı ilə 4 ay müddətinə həbs edilib.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}