Baş nazir: “Ermənistan və Azərbaycan yaxın gələcəkdə sülh sazişi imzalayacaq”
Tarix: 18-01-2024 17:38 | Bölmə: Siyasət
Baş nazir: “Ermənistan və Azərbaycan yaxın gələcəkdə sülh sazişi imzalayacaq”

“Gürcüstanın qonşu dövlətlərlə -Azərbaycan və Ermənistanla çox sıx əlaqələri, tərəfdaşlığı var, onlar qardaş və dostdurlar”.

Reyting.az
xəbər verir ki, bunu Davos İqtisadi Forumu çərçivəsində keçirilən toplantıda Gürcüstanın baş naziri İrakli Qaribaşvili deyib.

Onun sözlərinə görə, Ermənistan və Azərbaycan liderlərinin mövqeyi ikitərəfli səviyyədə münasibətlər qurmaqdır və bu, düzgün yoldur.

“İki il əvvəl mən vasitəçilik və yardıma cəhd etdim. Azərbaycan 15 məhbusu azad edəndə və Ermənistan minalanmış ərazilərin xəritələrini Azərbaycana təhvil verəndə, biz uğurlu ilk vasitəçilik etdik. Bu, uğurlu cəhd idi. Amma bu, çox çətin vəziyyətdir. Başa düşürük ki, bu bölgədə çoxlu oyunçu var”, - deyən İ. Qaribaşvili əlavə edib ki, Azərbaycan və Ermənistan liderlərinin bir-biri ilə ikitərəfli səviyyədə əlaqələr qurmaq istəmələri ilə bağlı mövqeyini bilir: “Şəxsən mən hesab edirəm ki, bu, düzgün yoldur, çünki bu qədər vasitəçi ilə, bu qədər maraqlı tərəflə proses bəzən daha çox konfliktli və əks-məhsuldar xarakter alır. Buna görə də onlara uğurlar arzulayıram. Mən həqiqətən də ümid edirəm ki, onlar yaxın gələcəkdə həll yolunu tapacaqlar və sülh sazişi imzalayacaqlar”, - deyə İ. Qaribaşvili bildirib.

E. KAMAL




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}