İraq və Suriyada ABŞ qüvvələrinə 140 dəfə hücum olub
Tarix: 19-01-2024 10:20 | Bölmə: Siyasət
İraq və Suriyada ABŞ qüvvələrinə 140 dəfə hücum olub

ABŞ Müdafiə Nazirliyi (Pentaqon) 17 oktyabr 2023-cü ildən bəri İraq və Suriyada ABŞ qüvvələrinə qarşı ümumilikdə 140 dəfə hücum olduğunu açıqlayıb.

Reyting.az
xəbər verir ki, bu barədə Pentaqon nümayəndəsi Sabrina Sinq Yaxın Şərqdəki hadisələri dəyərləndirərkən bildirib.

Onun sözlərinə görə, ABŞ qüvvələrinə qarşı təşkil olunan 140 hücumun 57-si İraqda, 83-ü isə Suriyada baş verib.

Sinq husilərin Qırmızı dənizdə ticarət gəmilərinə qarşı davam edən hücumlarına da toxunub. O, bu hücumları dayandırmaq üçün hüsilərə çağırışını təkrarlayıb və Qırmızı dənizdə baş verənlərlə Qəzzada baş verənlər arasında heç bir əlaqənin olmadığını iddia edib.

Xatırladaq ki, ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) ötən gecə və bu səhər husilərin istifadə etdiyi iddia olunan raket buraxılış sistemlərinə qarşı yeni hücumlar həyata keçirdiyini açıqlayıb.

Qeyd edək ki, dünən ABŞ rəhbərliyi Yəməndə husilər kimi tanınan Ənsarullah Hərəkatını da Qırmızı dənizdəki hücumlarına görə “xarici terror təşkilatları” siyahısına daxil edib.

ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) son günlər Qırmızı dənizdəki hərəkətləri ilə gündəmə gələn qrupa qarşı hücum edildiyini açıqlayıb.

E. KAMAL




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}