Ukrayna Zelenski ilə Çin lideri arasında telefon danışığı təşkil etmək istəyir
Tarix: 19-01-2024 11:08 | Bölmə: Siyasət
Ukrayna Zelenski ilə Çin lideri arasında telefon danışığı təşkil etmək istəyir

Ukrayna prezident Vladimir Zelenski ilə Çin lideri Si Cinpinq arasında telefon danışığı təşkil etməyə çalışır.

Reyting.az
xəbər verir ki, bunu Ukraynanın xarici işlər naziri Dmitri Kuleba “Bloomberg”ə deyib.

Diplomat qeyd edib ki, Ukrayna indi dünya liderlərinin sammitini keçirməyə hazırlaşır və bu sammitdə özünün Sülh Formulasını təbliğ etmək istəyir.

Kulebanın sözlərinə görə, Vladimir Zelenskinin Si Cinpinlə söhbəti bu hazırlıqlar kontekstində vacibdir.

“Onların danışa biləcəyi mövzular var”,-deyən Kuleba, Zelenskinin təklif etdiyi Sülh Formulasının Ukraynada davamlı, ədalətli sülhün bərpasına aparan yol olduğunu bildirib.

Qeyd edək ki, Rusiyanın Ukrayna ərazilərində müharibəyə başlamasından keçən müddət ərzində Vladimir Zelenski Çin lideri Si Cinpinqlə yalnız bir dəfə - keçən ilin aprel ayında birbaşa danışıb. Bundan bir ay əvvəl isə Si Cinpinq Moskvaya şəxsən səfər edib və Vladimir Putinlə hərtərəfli müzakirələr aparıb.

Ötən gün prezident Zelenski bildirib ki, Çin lideri ilə şəxsən görüşmək istəyir, çünki o, mühüm qərarlar qəbul etməyə qadirdir.

E. KAMAL




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}