Avropa İttifaqı: “HƏMAS-ı İsrail maliyyələşdirib”
Tarix: 20-01-2024 17:15 | Bölmə: Siyasət
Avropa İttifaqı: “HƏMAS-ı İsrail maliyyələşdirib”

Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozep Borrel İsraili Fələstinin HƏMAS terror qruplaşmasının yaradılmasını maliyyələşdirməkdə ittiham edib.

Reyting.az
“Röyters”ə istinadla xəbər verir ki, o, bunu İspaniyanın Valyadolid Universitetində çıxışı zamanı deyib.

Diplomat izah edib ki, bu yolla Tel-Əviv Fələstinin Milli Azadlıq Hərəkatının rəhbərlik etdiyi o vaxtkı Fələstin administrasiyasını zəiflətməyə çalışıb.

Borrelin sözlərinə görə, regionda münaqişənin həlli üçün yeganə sülh yolu ayrıca Fələstin dövlətinin yaradılması olsa da, İsrail mənfi variantda israrlıdır.

“İsrail mənfilikdə israr etsə də, biz yalnız kənardan tətbiq edilən iki dövlətli həllin sülh gətirəcəyinə inanırıq”, - deyə Borrel əlavə edib.

Qeyd edək ki, İsrail hakimiyyətinin əleyhdarları və bəzi dünya mediası uzun müddətdir Tel-Əvivi HƏMAS-a dəstək verməkdə ittiham etsələr də, İsrailin baş naziri Benyamin Netanyahu bu ittihamları rədd edir.

E. KAMAL




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}