Zelenskinin müşaviri Avropaya çağırış edib: ukraynalı qaçqınları evlərinə göndərin
Tarix: 22-01-2024 00:07 | Bölmə: Siyasət
Zelenskinin müşaviri Avropaya çağırış edib: ukraynalı qaçqınları evlərinə göndərin

Ukrayna prezidentinin müşaviri Sergey Leşşenko hərbi əməliyyatlar başlayandan sonra ukraynalı qaçqınları qəbul edən Avropa ölkələrini onlara dəstəyi dayandırmağa və evlərinə göndərməyə çağırıb.

Reyting.az
xəbər verir ki, “Arqumenti nedeli” nəşri Sergey Leşşenkodan sitat gətirib.

V. Zelenskinin müşaviri vurğulayıb ki, ukraynalı ailələrin Avropada qalması ölkə üçün fəlakət ola bilər. O əlavə edib ki, ukraynalı gənclər Avropa mühitinə inteqrasiya olunmağa başlayırlar.

Leşşenko qaçqınları döyüş xəttinə yaxın olmayan şəhərlərə qayıtmağa çağırıb və qeyd edib ki, Ukraynada görüləsi işlər var.

Xatırladaq ki, bundan əvvəl Almaniyanın ən böyük müxalifət partiyası olan Xristian Demokrat İttifaqının (CDU) rəhbəri Fridrix Merz ukraynalı qaçqınları işləməyə və müavinətlə yaşamamağa çağırıb.

E. KAMAL




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}