ABŞ-da seçkilər: prezidentliyə namizədlərdən biri Trampın xeyrinə geri çəkilib - Foto
Tarix: 22-01-2024 07:08 | Bölmə: Siyasət
ABŞ-da seçkilər: prezidentliyə namizədlərdən biri Trampın xeyrinə geri çəkilib

ABŞ-ın Florida ştatının qubernatoru Ron Desantis 2024-cü ildə keçiriləcək prezident seçkilərində namizədliyini geri götürdüyünü açıqlayıb.

Reyting.az
xəbər verir ki, respublikaçı Ron Desantis qərarını “X” sosial media hesabında paylaşdığı videoda açıqlayıb.

Ron Desantis deyib ki, ABŞ-ın sabiq prezidenti Donald Trampla bəzi fikir ayrılıqları olsa da, o, hazırkı prezident Co Baydendən üstündür.

Desantis daha əvvəl respublikaçı namizədi dəstəkləyəcəyinə söz verdiyini və bu vədinə əməl edəcəyini bildirib.



E. KAMAL




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}