Rusiyanın hücum PUA-ları Ukraynaya uçub
Tarix: 23-01-2024 09:42 | Bölmə: Siyasət
Rusiyanın hücum PUA-ları Ukraynaya uçub

Rusiya dronlarının hücum təhlükəsi səbəbindən Ukraynanın Nikolaev və Xerson vilayətlərində hava hücumu xəbərdarlığı edilib.

Reyting.az
bildirir ki, Ukrayna Hərbi Hava Qüvvələri Komandanlığı bir neçə hücum pilotsuz uçuş aparatı (PUA) qrupunun Xerson və Nikolayev vilayətlərinin sərhədinə doğru hərəkət etdiyini, əsas uçuş parametrlərinin şimal-qərb olduğunu qeyd edib.

Hərbi Hava Qüvvələri dronları məhv etməyə çalışır.

Qeyd edək ki, dron hücumunun nəticələri barədə ətraflı məlumat verilməyib.

Xatırladaq ki, ötən gün Rusiyanın Primorsko-Axtarsk (Krasnodar diyarı) ərazisindən “Şahed-136/131” tipli səkkiz hücum PUA-sı işə salınıb. Bütün pilotsuz təyyarələr Ukraynanın hava hücumundan müdafiə qüvvələri tərəfindən Nikolaev, Xerson, Dnepropetrovsk və Kirovoqrad vilayətləri daxilində vurulub.

E. KAMAL




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}