Rusiya ordusuna zərbələr endirilib
Tarix: 23-01-2024 10:12 | Bölmə: Siyasət
Rusiya ordusuna zərbələr endirilib

Ukrayna Müdafiə Qüvvələrinin aviasiyası Rusiya qoşunlarının cəmləşdiyi 8 əraziyə, silah və hərbi texnikaya zərbələr endirib.

Reyting.az
-ın xəbərinə görə, Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı bildirir ki, raket qüvvələrinin bölmələri bir nəzarət məntəqəsinə, bir artilleriya silahına və bir Rusiya radiolokasiya stansiyasına hücum edib.

Bu arada ruslar iki raket və 41 hava zərbəsi endirib, Ukrayna qoşunlarının mövqelərinə və məskunlaşan ərazilərə çoxsaylı reaktiv raket sistemlərindən (MLRS) 28 hücum həyata keçirib.

“Rusiyanın terror hücumları nəticəsində, təəssüf ki, dinc əhali arasında ölən və yaralananlar var. Şəxsi yaşayış binaları və digər mülki infrastruktur dağıdılıb və zədələnib”, - Baş Qərargahdan bildiriblər.

Ukrayna Silahlı Qüvvələri iddia edir ki, 2022-ci il fevralın 24-dən etibarən Rusiyanın Ukraynada ümumi döyüş itkiləri şərti olaraq 376 min 860 nəfər, o cümlədən son sutka ərzində 830 nəfər təşkil edib.

E. KAMAL




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}