Mirzoyan Azərbaycan və Rusiyanı ittiham edir
Tarix: 23-01-2024 19:19 | Bölmə: Siyasət
Mirzoyan Azərbaycan və Rusiyanı ittiham edir

“2022-ci ilin avqustunda Rusiya aşağıdakı müddəanı ehtiva edən təkliflər təqdim etmişdi: Qarabağın statusu qeyri-müəyyən müddətə təxirə salındı. Avqustun sonunda Ermənistan təkliflərlə razılaşdı, lakin Azərbaycan razılaşmadığını bildirdi və artıq 2022-ci ilin sentyabrında Ermənistanın suveren ərazisinə hücuma keçdi”.

Reyting.az
xəbər verir ki, belə bir ittihamla Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan çıxış edib.

Onun sözlərinə görə, sonra Ermənistan Rusiyaya müraciət edəndə cavab alıb ki, bu ərazidə sərhəd dəqiq müəyyən edilməyib, ona görə də Rusiya Ermənistanın suveren ərazisinin nə dərəcədə pozulduğunu qiymətləndirməkdə çətinlik çəkir. “Bundan sonra, 2022-ci ilin oktyabrında Ermənistan və Azərbaycan Praqada dördtərəfli bəyanat imzaladılar və bu bəyanata əsasən, Alma-Ata Bəyannaməsi əsasında sərhədin delimitasiyası aparılmalı olduğunu qəbul etdilər. Yəni, əvvəlcə Azərbaycanın Ermənistan sərhədini pozması ilə bağlı Rusiya tərəfindən aydın cavab qeydə alınmayıb”, - deyə Mirzoyan bildirib. Buna görə də o, Rusiya tərəfini hadisələrin xronologiyasını düzgün şəkildə təkrarlamağa, eləcə də səbəb-nəticə əlaqəsini təqdim etməyə, günahı olmayan bir şeydə Ermənistanı ittiham etməməyə çağırıb: “Əksinə, guya başqalarının hərəkətləri və bu addımların olmadığı halda Ermənistan tərəfindən konkret addımlar atılıb, o cümlədən Praqa bəyanatları şəklində”.

Mirzoyan qeyd edib ki, Ermənistan-Azərbaycan danışıqları ilə bağlı Rusiyanın yeni təklifləri barədə heç nə bilmir.

E. KAMAL




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}