Moldova MDB çərçivəsində imzaladığı sazişlərdən çıxacaq
Tarix: 24-01-2024 16:11 | Bölmə: Siyasət
Moldova MDB çərçivəsində imzaladığı sazişlərdən çıxacaq

Moldova hökuməti respublikanın Müstəqil Dövlətlər Birliyi (MDB) çərçivəsində imzaladığı səkkiz sazişdən çıxacaq

Reyting.az
“İnterfaks”a istinadla xəbər verir ki, Moldova hökuməti sazişlərdən çıxacağını təsdiqləyib.

Söhbət MDB-yə üzv dövlətlərin silahlı qüvvələrinin silah, hərbi texnika və digər materiallarla təmin edilməsi prinsipləri haqqında sazişdən, elmi-tədqiqat işlərinin təşkilindən, təbii qazın tranziti sahəsində razılaşdırılmış siyasət haqqında sazişdən və s. gedir.

Hökumət sözçüsü Daniel Vode sənədləri köhnəlmiş adlandırıb. Onun sözlərinə görə, onlar indiki gündəmə uyğun gəlmir və onlarda yazılan məqsədlər Moldovanın mövqeyi ilə üst-üstə düşmür. “Bundan başqa, Kişinyov MDB ilə bağlı Moldova üçün heç bir dəyəri olmayan 119 saziş müəyyən edib və onlardan 79-nun denonsasiyasına hazırlıq başlayıb”, - deyə D. Vode əlavə edib.

Y. QACAR




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}