İran prezidenti Türkiyəyə səfər edib
Tarix: 24-01-2024 17:06 | Bölmə: Siyasət
İran prezidenti Türkiyəyə səfər edib

İran İslam Respublikasının Prezidenti İbrahim Rəisi Türkiyənin paytaxtı Ankaraya gəlib.

Reyting.az
“Anadolu” agentliyinə istinadla xəbər verir ki, Rəisi ilə türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan arasında danışıqlar planlaşdırılır.

İran prezidenti Türkiyə-İran Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının 8-ci iclasında da iştirak edəcək.

Türkiyə və İran prezidentlərinin rəsmi danışıqlarında ikitərəfli münasibətlərin vəziyyətinin müzakirə olunacağı da gözlənilir.

Tərəflər həmçinin regional məsələlər, o cümlədən Qəzza zolağı, İraq, Suriya, Qafqaz, Əfqanıstandakı son hadisələr və Ukraynadakı müharibə ilə bağlı fikir mübadiləsi aparacaqlar.

Y. QACAR




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}