23:02 / 02-02-2026
İcra başçısını söyən şəxs həbs olunub
21:04 / 02-02-2026
"Velizarofficial" adlı səhifənin idarəçisi saxlanılıb
20:02 / 02-02-2026
İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərində - Yeni sənədlər imzalanıb - (Yenilənib) - Fotolar
19:41 / 02-02-2026
Xalq artistinin oğlu döyülüb
19:23 / 02-02-2026
Süleyman Mikayılov: “Nə harasa çağırılmışam, nə də ifadə vermişəm”
18:52 / 02-02-2026
Sabiq səfir: Türkiyədə görüş təşkil etməyə çalışırlar
18:00 / 02-02-2026
Qaz borusu partlayıb, yaralılar var - Yenilənib
17:55 / 02-02-2026
Generallar yeni vəzifədə polkovnik rütbəsində işləyəcək
17:16 / 02-02-2026
Cəlaloğlu: İranı silahlandırmağın mənası yoxdur
15:47 / 02-02-2026
Kreml Zelenskinin Moskvaya səfərində israrlıdır
15:17 / 02-02-2026
Oskar mükafatına namizədi həbs ediblər
15:04 / 02-02-2026
Kamran Əliyev üç prokuror təyin edib
14:20 / 02-02-2026
Apteklərdə nöqsanlar aşkar edilib
14:13 / 02-02-2026
Kreml Avropada xaos yaratmağı planlaşdırır
13:35 / 02-02-2026
Fevralın 17-də astronomik hadisə baş verəcək
13:12 / 02-02-2026
Dağlıq ərazilərə qar yağacaq - Proqnoz
13:06 / 02-02-2026
İTV-nin Yayım Şurasına yeni üzvlər seçilib
12:39 / 02-02-2026
Milli Məclisin iki komissiyası yenidən formalaşdırılıb - Siyahı
12:31 / 02-02-2026
Deputat: Azərbaycan seçkilərə qədər Ermənistanla sülh müqaviləsini imzalaya bilər
12:04 / 02-02-2026
Naxçıvan Konstitusiyasına çoxsaylı dəyişikliklər II səsvermədə təsdiqlənib
11:57 / 02-02-2026
İşsizlik dövlət üçün əlavə risklər yarada bilər
11:38 / 02-02-2026
Ay missiyasına hazırlıqlar başlayıb - Foto
11:26 / 02-02-2026
Musiqiçi oğluna 521 dildə mahnı yazıb
11:04 / 02-02-2026
Milli Məclisin iclası başlayıb
10:59 / 02-02-2026
ABŞ İranı armada ilə, Tehran Ağ evi regional müharibə ilə təhdid edir
10:58 / 02-02-2026
“QHT işi”: Mehriban Rəhimlinin məhkəməsi başlayır
10:34 / 02-02-2026
Prezident gəncləri təbrik edib - Müraciət
10:27 / 02-02-2026
Şanxay Əməkdaşlıq Təşkilatının öz valyutası olmayacaq
10:21 / 02-02-2026
Vergi və gömrük sahəsində yeni güzəştlə bağlı qərar imzalanıb
10:16 / 02-02-2026
Əli Əsədov qərar imzalayıb
20:01 / 30-01-2026
Prezident icra başçısını vəzifədən azad edib - Foto
17:31 / 29-01-2026
Vensin səfəri Güney Qafqaza nə vəd edir?
17:48 / 30-01-2026
Yerə bənzəyən planet kəşf olunub
18:15 / 30-01-2026
Vəzifəli şəxslər həbs edilib - (Yenilənib) - Foto
15:04 / 02-02-2026
Kamran Əliyev üç prokuror təyin edib
11:42 / 30-01-2026
Tramp üçün əlavə bəhanə: ABŞ prezidenti İraqı niyə hədəfə alıb?
23:45 / 29-01-2026
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı istifadəyə icazə verilməyəcək
14:05 / 29-01-2026
Mollazadə: İran ətrafında vəziyyət ağır və təhlükəlidir
13:35 / 02-02-2026
Fevralın 17-də astronomik hadisə baş verəcək
15:01 / 29-01-2026
Rusiya ordusu bir şəhəri ələ keçirib, iki şəhərə doğru irəliləyir
13:48 / 29-01-2026
Zəngilana növbəti köç karvanı gedib - (Yenilənib)
Fransız siyasətinin alman diversantı - Elçin Mirzəbəyli yazır
Tarix: 24-01-2024 18:37 | Bölmə: Siyasət

Elçin MİRZƏBƏYLİ
Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpası ilə nəticələnən 44 günlük müharibədən və lokal antiterror tədbirlərindən sonra, əsas qurucularından biri olan Fransanın mövcud səlibçi hakimiyyətinin ritorikasını olduğu kimi təkrarlaması, ölkəmizə qarşı əsassız və həm də aqressiv iddilarla çıxış etməsi, bu təsisatın da rəsmi Paris və Berlin də daxil olmaqla, bəzi təsisçi və üzvlərinin girovuna çevrildiyini və öz ənənəvi prinsiplərindən uzaqlaşaraq, geosiyasi təzyiq mexanizminə çevrildiyini təsdiqləyir.
Avropa İttifaqının tərkibində mərkəzdənqaçma meyllərini gücləndirən, təsisatdaxili ziddiyyətləri dərinləşdirən, beynəlxalq hüququn norma və prinsiplərindən, milli maraqlardan çıxış edən üzv ölkələrə qarşı diskriminasiya siyasəti yürüdən səlibçi, ksenofob, islamafob və ultramillətçi Fransa və Almaniya, həmçinin bu ölkələrin “cırtdan” peykləri, vassal subyektləri, artıq eyni prosesin Avropa Şurasında və bu qurumun məşvərətçi orqanında da stimullaşdırılmasına başlayıblar. Paris və Berlinin hədəfi Avropa İttifaqı və Avropa Şurasına üzv ölkələri, ən müxtəlif vasitələrlə şantaj etməklə, sıxışdırmaqla öz maraqlarının ifadəçisinə çevirmək, ram olmayanları isə hər iki təsisatın subyektlərindən uzaqlaşdırmaqdan ibarətdir.
...Biz artıq xeyli müddətdir ki, giley siyasətindən uzaqlaşmışıq və ölkəmizə qarşı qarayaxma kampaniyalarının plasdarmına çevrilmiş sözdə beynəlxalq və regional təşkilatların, əslində özünü beynəlxalq hüququn müstəqil və bərabərhüquqlu subyekti kimi aparan, milli maraqlarını və ədalət prinsiplərini qoruyan dövlətləri sıxışdırmaq üçün “siyasi məngənə”yə çevrildiyini də çox yaxşı başa düşürük.
Torpaqlarımızın Ermənistanın işğalı altında olduğu, viran qoyulduğu, yüzminlərlə azərbaycanlının öz ev-eşindən didərgin salındığı, evlərinin daşına, kərpicinə, mismarına kimi daşındığı, ziyarətgah və ibadətgahlarının, qəbristanlıqlarının yerlə bir edildiyi, təhqirə məruz qoyulduğu zaman kəsiyində, bircə dəfə də olsun Avropa Şurasının və onun törəmə məşvərətçi orqanının öz prinsiplərinə sadiq qalaraq, təcavüzkara qarşı ədalətli və ünvanlı qərarlar qəbul etdiyinin şahidi olmamışıq. Ümumi səfsəfələr olub, amma əvəzini artıqlaması ilə çıxaraq “işğala şam tutmağa” davam ediblər. Azərbaycan torpaqlarının işğal altında olduğu müddətdə Avropa Şurası və onun siyasi təzyiq institutu olan AŞ PA bircə dəfə də olsun Ermənistanın öz öhdəliklərinə əməl etmədiyini dilə gətirməyiblər. Əslində, Ermənistan heç bir halda Azərbaycan torpaqlarının işğalına son qoymadan Avropa Şurasının kandarından içəri buraxılmamalıydı... Amma nəinki buraxıldı, hətta himayə olunaraq mükafatlandırıldı da...
Zənnimcə, Avropa Şurası Parlament Assambleyasının mənzil-qərargahının Fransada yerləşməsinin özü belə, rəsmi Parisin bu quruma təsir imkanlarının kifayət qədər yüksək olduğunu düşünməyə əsas verir.
Fransanın Almaniyanın, həmçinin Avropa təsisatlarına üzv olan Niderland, Danimarka, Lüksenburq və digər bu kimi yedək ölkələrin siyasətçilərinin arxasında gizlənərək, hədəfə aldığı dövlətlərə qarşı qərəzli münasibəti stimullaşdırdığı kimsəyə sirr deyil.
Qeyd edim ki, Paris, AŞ PA və digər təsisatlar çərçivəsində həyata keçirdiyi təxribat ssenarilərində əsas “oyunçuları”, daha dəqiq desək “marionet”ləri seçəndə daha ehtiyatlı davranırdı. Amma bu dəfə eyni “marionet”dən müəyyən zaman fərqilə bir neçə dəfə istifadə olunması, daha çox diqqət çəkir.

Qənaətimə görə, Azərbaycana qarşı növbəti təxribat ssenarisinin “baş qəhrəmanı” Frank Şvabenin 2017-ci ildə, məhz Fransa parlamentarilərinin dəstəyi ilə “Şimali Qafqaz” üzrə, həm də “Çeçenistanda cinsi azlıqların təqib olunması” kontekstində həmməruzəçi təyin olunması, kifayət qədər maraqlı məqamdır. Qeyd edim ki, Şvabenin 2012-ci ildə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitunda keçirdiyi görüşlərdən sonra, Rusiyaya tez-tez səfər etməsi, bu ölkənin sonradan Almaniyaya, Fransaya qaçan biznes elitasının nümayəndələri ilə təmasda olması, bir vaxtlar onun haqqında şübhəli məqamların ortaya çıxmasına və müzakirə predmetinə çevrilməsinə də zəmin yaratmışdı...
Daha bir diqqət çəkən məqam, Şvabenin, uzun illərdir ki, Azərbaycan əleyhinə açıq qərəzli mövqedən çıxış etməsi, lakin bu məqamın AŞ PA-nın ermənipərəst rəhbərliyi tərəfindən, hansısa səbəblərdən “nəzərə alınmaması”dır.
Frank Şvabenin Türkiyədə keçirilən son prezident seçkilərində AŞ PA nümayəndə heyətinə rəhbərlik etməsi və seçkilərin nəticələrini şübhə altına alması da, bu şəxsin Azərbaycana və Türkiyəyə qarşı bütün çirkli oyunların epidsentrində yer aldığını təsdiqləyir. Türkiyədə keçirilən son prezident seçkilərinin nəticələri ilə bağlı Frank Şvabeninin “mövqeyi” qənaətimə görə, bu şəxsin qarmaqda olan təxribatçı missiyasını icra etdiyini təsdiqləyir. Sitat: "Əsas siyasi və ictimai xadimlər dəmir barmaqlıqlar arxasında qalırlar. Ədalətli seçki kampaniyası üçün şəraitə nail olmaq üçün Türkiyənin hələ çox keçməsi lazımdır”. Şvabeninin iqtibas gətirdiyim iddialarında sözügedən “əsas siyasi və ictimai xadimlər” PKK terrorçuları və FETÖ-nun cinayət əməllərinə görə layiqli cəzalarını almış başbilənləridir. Deməli, Şvabe və onun arxasında dayananlar Türkiyənin hakim və ana müxalifət partiyalarının iki tur davam edən mübarizəsini, göz önündə olan reallıqları nəzərə almaq belə istəmirlər. Onlar üçün “əsas siyasi və ictimai xadimlər” Türkiyə dövlətçiliyini sarsıtmağa çalışan terrorçular, separatçılardır.
Zənnimcə, yuxarıda sadaladığım “cizgilər” Şvabe və onu idarə edənlərin tam obrazını bütün çılpaqlığıyla ortaya qoyur.
Bölməyə aid digər xəbərlər

Bu gün, 10:58
“QHT işi”: Mehriban Rəhimlinin məhkəməsi başlayır
Bu gün, 09:09
Tehran Vaşinqtonla razılığa gəlməyə hazırdır, amma...
30-01-2026, 18:07
ABŞ Nümayəndələr Palatasının üzvləri Azərbaycana gəlib
30-01-2026, 15:21
Hikmət Hacıyev BMT rəsmisi ilə müzakirə aparıb
30-01-2026, 13:20
Zelenski Moskvada Putinlə görüşü istisna edib
30-01-2026, 12:42
Ceyhun Bayramov BƏƏ-nin XİN başçısı ilə telefonda danışıb
30-01-2026, 12:09
ABŞ müdafiə naziri NATO-nun əsas görüşündə iştirakdan imtina edib
30-01-2026, 09:55
Rusiya BMT-dən nəyi xahiş edir?
30-01-2026, 06:36
Amerikalılar Trampı klassik faşistə bənzədir
29-01-2026, 15:27
Bəylər Eyyubovun qardaşı oğlu həbsdən buraxılmayıb
29-01-2026, 08:18
Ankara İranda sabitliyin tərəfdarıdır
28-01-2026, 23:53
Aİ ilə Azərbaycan arasında mühim məsələlər müzakirə olunub
28-01-2026, 17:10
Ceyhun Bayramov Çin xarici işlər naziri ilə görüşüb - Yenilənib
28-01-2026, 15:18
Deputatlar daha 16 qanuna dəyişiklik edəcək - Siyahı
28-01-2026, 13:45
Türkiyəyə qarşı plan: ABŞ geri çəkilir, Fransa terror təşkilatına köməyini artırır
28-01-2026, 11:04
Abbas Abbasovun Bakıdakı mənzillərində axtarış aparılıb
28-01-2026, 10:08
Sülh Şurası Azərbaycanı təsisçi üzv kimi salamlayıb
27-01-2026, 21:17
Ukrayna ABŞ ilə 20 bəndlik sülh sənədi imzalayacaq
27-01-2026, 17:08
Milli Məclisə bu təşkilatda müşahidəçi statusu verilib
27-01-2026, 13:29
Apellyasiya Məhkəməsi Əli Kərimli barəsində qərar verib
27-01-2026, 13:16
Hikmət Hacıyevin adından saxta məzmunlu video yayılıb
27-01-2026, 12:47
Ceyhun Bayramov Çinə gedib
27-01-2026, 12:26
Türkiyənin Ermənistana yardım edəcəyi ilə bağlı iddialar əsassızdır
27-01-2026, 10:40
XİN Holokost qurbanlarını anıb
27-01-2026, 08:34
HƏMAS rəsmiləri Ankarada səfərdədir
26-01-2026, 19:33
İsrailin xarici işlər naziri Bakıda deputatlarla görüşüb
26-01-2026, 12:47
Azərbaycan və İsrail XİN başçıları görüşüb - (Yenilənib) - Foto
26-01-2026, 10:22
Sahibə Qafarova Bəhreyn kralı ilə müzakirə aparıb
26-01-2026, 08:05
ABŞ-nın Qrenlandiya ilə bağlı planı üzə çıxıb
24-01-2026, 23:50
Hikmət Hacıyev İran XİN başçısının müavini ilə görüşüb
24-01-2026, 16:28
Fəzail Ağamalı: "Qızım yeni sədrdir, oğlum isə partiyadan çıxarılıb"
24-01-2026, 15:22
Ana Vətən Partiyasına sədr seçiblər - Qurultay
23-01-2026, 17:05
Apellyasiya Məhkəməsi Zabil Qəhrəmanovu həbsdə saxlayıb
23-01-2026, 16:44
Bakı Vaşinqtonun etibarlı tərəfdaşına çevrilib - Politoloq
23-01-2026, 14:42
ABŞ Səfirliyi Tramp-Əliyev görüşü haqqında məlumat yayıb
23-01-2026, 14:22
Ceyhun Bayramov İran XİN başçısının müavini ilə görüşüb
23-01-2026, 12:17
Zaur Əkbər Avropaya mühacirətə yollanıb
23-01-2026, 11:22
Zahid Oruc: Sərhəd kəndlərin inkişafı ilə bağlı ayrıca dövlət proqramına ehtiyac var
23-01-2026, 08:59
Putin Trampın elçiləri ilə nəyi müzakirə edib?
23-01-2026, 00:06
Ərdoğan: Türkiyə İranda sabitliyə böyük əhəmiyyət verir
22-01-2026, 22:20
Deputatlar Konqresinin sədri Azərbaycana gəlib - Foto
22-01-2026, 14:35
Tramp: "Azərbaycan və Ermənistan liderləri mənim dostlarımdır"

Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək
Mikayıl Mikayılov deyir ki, festivalda nümayiş olunan tamaşa Azərbaycanla Meksika arasında teatr əlaqələrinin başlanğıcı sayıla bilər