Seçkilərlə bağlı koalisiya növbəti təlimini keçirib - Foto
Tarix: 25-01-2024 15:15 | Bölmə: Siyasət
Seçkilərlə bağlı koalisiya növbəti təlimini keçirib

Azərbaycanda növbədənkənar prezident seçkilərinin monitorinqi məqsədilə yaradılmış Seçki Müşahidə Təhlil Qrupu koalisiyası bölgələrdə təlimlərini davam etdirir.

Bu barədə Reyting.az-a koalisiyadan bildiriblər.

Məlumata görə, növbəti təlimlər Ucar, Göyçay, Mingəçevir, Goranboy və Gəncədə baş tutub. Təlimlərdə növbədənkənar prezident seçkiləri zamanı fəaliyyət göstərəcək müşahidəçilərin hüquq və vəzifələri, davranışları kimi vacib məqamlara aydınlıq gətirilib. Müşahidəçilərin məntəqələr üzrə bölgüsü həyata keçirilib, vəsiqələr paylanılıb.

Sözügedən təlimlərdə ümumilikdə 70-dən çox müşahidəçi iştirak edib.

Qeyd edək ki, bundan əvvəlki təlimlər Quba və Xaçmazda olub.

Koalisiyanın təlimləri qrafikə uyğun şəkildə davam etdirilir.





Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}