Rusiya sursat və hərbi texnika çatışmazlığı ilə üzləşib
Tarix: 25-01-2024 22:33 | Bölmə: Siyasət
Rusiya sursat və hərbi texnika çatışmazlığı ilə üzləşib

Ukraynadakı müharibə səbəbindən Rusiyada hərbi baxımdan çoxsaylı problemlər yaranıb.

Reyting.az
-ın xəbərinə görə, ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) sözçüsü general-mayor Pat Rayder “Amerikanın Səsi”nə müsahibəsində deyib ki, Rusiya hərbi texnika və sursat çatışmazlığı, təchizat zəncirində və şəxsi heyətlə bağlı ciddi problemlərlə üzləşib.

"Buna görə də onların (Rusiya-red.) hərbi imkanlar və sursat almaq üçün Şimali Koreya və İran kimi ölkələrə üz tutduğunu görürük", - deyə Pentaqon sözçüsü əlavə edib.

Pentaqon hesab edir ki, Rusiyanın Ukraynaya müdaxiləsindən sonra NATO əməkdaşlığı və birliyi əhəmiyyətli dərəcədə artıb.

Y. QACAR




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}