Mişel Avropa Parlamentinə seçkilərdə iştirakdan imtina edib
Tarix: 26-01-2024 22:44 | Bölmə: Siyasət
Mişel Avropa Parlamentinə seçkilərdə iştirakdan imtina edib

Avropa Şurasının rəhbəri Şarl Mişel Avropa Parlamentinə seçkilərdə iştirakdan imtina edib.

Reyting.az
“Financial Times”-a istinadla xəbər verir ki, siyasətçi öz vəzifəsində qalmağı planlaşdırır.

Nəşr yazıb ki, Mişel bu yay Avropa Parlamentinə namizəd olmaq planından imtina edib.

Qeyd olunur ki, Mişel səlahiyyət müddəti bitmədən istefa verməyəcək.

Bundan əvvəl Avropa Şurasının rəhbəri bu ilin 6-9 iyun tarixlərində Avropa Parlamentinə qarşıdan gələn seçkilərdə iştirak edəcəyini və yayda hazırkı postunu tərk edərək avropalı deputat kürsüsünə çıxacağını bildirmişdi.

E. KAMAL




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}