14:06 / 03-05-2024
Kəlbəcərdə qəza olub
ABŞ bazasına hücum: üç nəfər ölüb, onlarla insan yaralanıb
Tarix: 28-01-2024 21:21 | Bölmə: Siyasət
ABŞ bazasına hücum: üç nəfər ölüb, onlarla insan yaralanıb

ABŞ-ın İordaniyadakı hərbi bazasına pilotsuz uçuş aparatlarının (PUA) hücumu nəticəsində onlarla insan yaralanıb.

Reyting.az
CNN-ə istinadla bildirir ki, üç əsgərin həyatını xilas etmək mümkün olmayıb.

Pentaqon Qəzza müharibəsi başlayandan bəri ilk dəfədir ki, belə bir hücumda itkilər verdiyini etiraf edir.

Mərkəzi Komandanlığın məlumatına görə, zərbə İordaniyanın şimal-şərqində, Suriya ilə sərhəd yaxınlığında yerləşən bazaya endirilib.

Kanal hadisəni Yaxın Şərqdə onsuz da gərgin olan vəziyyətin əhəmiyyətli dərəcədə gərginləşməsi kimi qiymətləndirib.

ELÇİN




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}