14:06 / 03-05-2024
Kəlbəcərdə qəza olub
Növbəti köç karvanı Laçın şəhərinə çatıb - Yenilənib
Tarix: 30-01-2024 16:58 | Bölmə: Siyasət
Növbəti köç karvanı Laçın şəhərinə çatıb

Respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı yanvarın 30-da Bakı şəhərinin Qaradağ rayonundan yola salınıb.

Reyting.az
xəbər verir ki, Azərbaycan prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, bu mərhələdə Laçın şəhərinə daha 23 ailə - 72 nəfər köçürülüb.

Xatırladaq ki, indiyədək Laçın şəhərində 1627 nəfər olmaqla, 431 ailənin daimi məskunlaşması təmin edilib.

***

Bakı şəhərinin Qaradağ rayonu “Qobu Park-3” köçkün şəhərciyindən yola salınan 23 ailə (72 nəfər) Laçın şəhərinə çatıb.

Reyting.az
xəbər verir ki, şəhərdə doğma yurduna qayıdanların qarşılanma mərasimi keçirilib.

Olara yeni evlərinin açarları təqdim edilib.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}