14:06 / 03-05-2024
Kəlbəcərdə qəza olub
Blinken: “ABŞ-ın cavabı çoxqatlı, mərhələli və uzunmüddətli olacaq”
Tarix: 30-01-2024 08:55 | Bölmə: Siyasət
Blinken: “ABŞ-ın cavabı çoxqatlı, mərhələli və uzunmüddətli olacaq”

Vaşinqtonda NATO-nun baş katibi Yens Stoltenberq ilə birgə mətbuat konfransı keçirən ABŞ dövlət katibi Antoni Blinken, Amerikanın üç əsgərinin öldüyü hücumla bağlı qiymətləndirmələr edib.

Reyting.az
xəbər verir ki, Blinken hücumda həyatını itirən əsgərlərə yas tutduqlarını və bu cür hücumların bir daha yaşanmaması üçün hər cür tədbir gördüklərini deyib.

A. Blinken bildirib ki, C. Bayden administrasiyası olaraq hərbi cavab variantlarını dəyərləndirirlər.

Blinken ABŞ-ın cavabı ilə bağlı suala belə reaksiya verib: “Prezidentin dünən bəyan etdiyi kimi, bu hücuma cavab verəcəyik və bu cavab çoxqatlı, mərhələli şəkildə və uzunmüddətli olacaq”.

İranla müharibə ardınca getmədiklərini bildirən Blinken deyib ki, 7 oktyabrdan etibarən bölgədə gərginlik artır və ABŞ-ın Yaxın Şərqdəki maraqlarını qorumağa davam edəcəklər.

Qeyd edək ki, Pentaqon İordaniya və Suriya sərhədi yaxınlığında ABŞ hərbi bazasına hücum nəticəsində 3 ABŞ əsgərinin həlak olduğunu, yaralanan əsgərlərin sayının isə 40-ı keçdiyini açıqlayıb.

E. KAMAL




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}