14:06 / 03-05-2024
Kəlbəcərdə qəza olub
Bayden qisas almağın yolunu axtarır
Tarix: 30-01-2024 09:24 | Bölmə: Siyasət
Bayden qisas almağın yolunu axtarır

ABŞ prezidenti Co Bayden Suriya sərhədi yaxınlığında - İordaniyanın şimal-şərqində pilotsuz təyyarənin hücumu nəticəsində həlak olan üç ABŞ hərbçisinin qisasını almağın variantlarını araşdırır.

Reyting.az
-ın xəbərinə görə, Ağ evin Milli Təhlükəsizlik Şurasının Strateji Kommunikasiyalar üzrə Koordinatoru Con Kirbi deyib ki, Birləşmiş Ştatlar öz qoşunlarını qorumaq üçün vacib olanı edəcək.

Kirbi bildirib ki, Bayden administrasiyası İranla böyük müharibə istəməsə də, Tehranın regiondakı silahlı qrupları resurslarla dəstəklədiyini və onlara “qruplara bunu etməyə imkan verən” kəşfiyyat məlumatı ötürdüyünü qəbul edir.

“Biz buna çox ciddi yanaşırıq. Biz İranla böyük müharibə istəmirik, lakin üzərimizə düşəni etməliyik”, - deyə o əlavə edib.

ABŞ Müdafiə Nazirliyinin sözçüsü Sabrina Sinq isə öz növbəsində brifinqdə Əl-Tənf bölgəsindəki ABŞ bazasına hücumu Tehranın üzərinə atıb. Onun sözlərinə görə, İraq və Suriyada Amerika əsgərlərinə qarşı hücumları həyata keçirən silahlı qrupları maliyyələşdirən İslam Respublikasıdır.

E. KAMAL




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}