14:06 / 03-05-2024
Kəlbəcərdə qəza olub
Professor Rövşən Novruzoğlu azadlığa çıxmaq istəyir
Tarix: 30-01-2024 10:07 | Bölmə: Siyasət
Professor Rövşən Novruzoğlu azadlığa çıxmaq istəyir

Azərbaycan Milli Elmlər Akademiyasının Hüquq və İnsan Haqları İnstitutunun professoru, Beynəlxalq Terrorçuluğa və Korrupsiyaya qarşı Mübarizə Mərkəzinin keçmiş direktoru Rövşən Novruz oğlu Vəliyevin (Rövşən Norvruzoğlu) barəsindəki hökmdən apellyasiya şikayəti verilib.

Məlumata görə, şikayət Bakı Apellyasiya Məhkəməsinin hakimi Qədim Babayevin sədrliyi ilə araşdırılacaq.

Məhkəmənin ilkin hazırlıq iclası yanvarın 31-nə təyin edilib(Pravda.az)

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Rövşən Vəliyev 6 il azadlıqdan məhrum edilib. O, məhkəmə zalında həbs edilib.

Qeyd edək ki, ona Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq - külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham edilib.

İttihama görə, Rövşən Vəliyev dələduzluq yolu ilə 80 min manatdan çox pulu ələ keçirib.

Onu da xatırladaq ki, Rövşən Vəliyev 2007-ci ildə də dələduzluq, mənimsəmə ittihamı ilə həbs olunmuşdu.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}