14:06 / 03-05-2024
Kəlbəcərdə qəza olub
Rusiya ilə Ermənistan arasında yeni gərginlik yaranıb - Foto
Tarix: 31-01-2024 07:51 | Bölmə: Siyasət
Rusiya ilə Ermənistan arasında yeni gərginlik yaranıb

Rusiya-Ermənistan münasibətləri bu dəfə İrəvanda Leninqrad mühasirəsində olan uşaqların şərəfinə ucaldılan abidə ilə sınağa çəkilir.

Reyting.az
xatırladır ki, iki gün əvvəl erməni fəal Samvel Şirinyan Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarovanın Qarabağda etnik təmizləmənin aparıldığına dair heç bir sənədin olmadığını bildirməsinə etiraz edib.

Erməni fəal İrəvanda mühasirədə olan Leninqrad uşaqlarının xatirəsinə ucaldılmış abidənin önündə əklilləri yıxaraq, “görəsən, Leninqradda blokada olduğuna dair sənəd varmı, biz Ermənistanda bu faşistlərə abidə ucaltmışıq və hələ də yas saxlayırıq?” -deyib.

Rusiya Dövlət Dumasının MDB işləri üzrə komitə rəhbərinin birinci müavini, deputat Konstantin Zatulin Samvel Şirinyanın hərəkətlərini pisləyib. Rusiyalı deputat Şirinyanın hərəkətlərini “barbarlıq” adlandırıb və onun dəli olduğunu deyib.

“Abidənin təhqir olunması faktına gəlincə, əgər bu, həqiqətən də baş veribsə, deməli, həmin şəxs ya dəlidir, ya da onu necə xarakterizə edəcəyimi bilmirəm”, - deyə deputat əlavə edib.

Qeyd edək ki, Rusiya İstintaq Komitəsinin rəhbəri Aleksandr Bastrıkin İrəvanda mühasirədə olan Leninqrad uşaqlarının xatirəsinə ucaldılmış abidəyə qarşı törədilmiş insidentlə bağlı cinayət işinin açılmasına göstəriş verib. Öz növbəsində Ermənistan İstintaq Komitəsi bu hadisə ilə bağlı cinayət işinin başlandığını elan edib.



ELÇİN




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}