Şolts və Bayden Ukrayna ilə bağlı çağırış ediblər
Tarix: 10-02-2024 11:15 | Bölmə: Siyasət
Şolts və Bayden Ukrayna ilə bağlı çağırış ediblər

Almaniya kansleri Olaf Şolts fevralın 9-da Ağ evə səfəri zamanı ABŞ prezidenti Co Baydenlə Ukraynaya əlavə yardım məsələsini müzakirə edib. Hər iki lider ABŞ Konqresini bunun üçün əlavə maliyyə ayrılmasını tez bir zamanda təsdiqləməyə çağırıb.

Reyting.az
xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Ağ evdəki görüşdən əvvəl Bayden jurnalistlərə bildirib ki, Konqres Ukraynanın maliyyələşdirilməsi ilə bağlı hərəkətə keçməsə, "demək olar ki, cinayət səhlənkarlığı"nda günahkar olacaq. O, eyni zamanda Almaniyanın Kiyevə hərbi yardıma liderliyinə görə Şoltsa təşəkkür edib.

Almaniya kansleri, öz növbəsində, Avropa İttifaqı liderlərinin Kiyevə 50 milyard maliyyə yardımının təsdiqlənməsi ilə bağlı son qərarını və Almaniyanın hərbi yardımı artırmaq qərarını xatırladıb.

"Və biz ümid edirik ki, Konqres, Nümayəndələr Palatası sizi (Bayden - red.) dinləyəcək və lazımi dəstəyi təmin etmək qərarına gələcək", - deyə Almaniya kansleri əlavə edib.

Şolts Almaniyanın son vaxtlar Ukraynanın dəstəklənməsinə həlledici töhfə verdiyini vurğulayıb. Rusiya prezidenti Vladimir Putinin Kiyevə dəstək azalana qədər gözləmək istəyini xatırladan Şolts qeyd edib ki, indi eyni şey Avropanın qalan hissəsində, eləcə də ABŞ-da baş verməlidir.

Bir gün əvvəl Almaniya kansleri hər iki partiyanın amerikalı senatorları ilə görüşüb və onlar onu əmin ediblər ki, Konqres Ukraynaya daimi dəstəyin zəruriliyini anlayır.

ELÇİN




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}