18:49 / 27-04-2024
Abşeronda qətl törədilib
Ermənistan XİN-nin saytından “Dağlıq Qarabağ problemi” bölməsi silinib
Tarix: 13-02-2024 00:36 | Bölmə: Siyasət
Ermənistan XİN-nin saytından “Dağlıq Qarabağ problemi” bölməsi silinib

Ermənistanın Xarici İşlər Nazirliyinin (XİN) saytından “Dağlıq Qarabağ problemi” bölməsi silinib.

Bu barədə erməni politoloq Sergey Melkonyan sosial şəbəkədəki hesabında yazıb.

“Ermənistan Xarici İşlər Nazirliyinin saytında həmişə “Dağlıq Qarabağ problemi” bölməsi olub. Bölmə erməni, rus, ingilis və fransız dillərində mövcud idi. Bu səhifə indi bütün dil versiyalarından silinib”, - politoloq qeyd edib.

“Əgər bu texniki səhv deyilsə (buna şübhə edirəm), onda Ermənistan artıq texniki və rəsmi olaraq Azərbaycanla həmrəydir. Dağlıq Qarabağ problemi artıq mövcud deyil”, - o əlavə edib(Report).




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}