ABŞ Azərbaycan və Ermənistanı danışıqlara çağırır
Tarix: 14-02-2024 09:46 | Bölmə: Siyasət
ABŞ Azərbaycan və Ermənistanı danışıqlara çağırır

ABŞ Ermənistan və Azərbaycan arasında danışıqlar prosesinə sadiq qalır.

Reyting.az
xəbər verir ki, bunu jurnalistlər üçün keçirdiyi növbəti brifinqdə ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Miller deyib.

“Biz hərbçilər arasında bir neçə itkiyə səbəb olan toqquşmalarla bağlı məlumatdan narahatıq. Gücdən istifadə danışıqlara xələl gətirir. Davamlı sülhə aparan yeganə yol danışıqlar masasından keçir, atəşkəs rejiminin pozulması halları araşdırılacaq. Ölənlərin və yaralananların ailələrinə dərin hüznlə başsağlığı veririk”, - deyə o bildirib.

ELÇİN




Bölməyə aid digər xəbərlər